Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Nabran qəsəbəsində yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub. Bu düşərgədə GDU əməkdaşlarının iştirakını təmin etdiyinə görə GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq xanıma dərin təşəkkürümüzü bildiririk. Onun diqqət və qayğısı kollektiv tərəfindən yüksək qiymətləndirilir və bu cür təşəbbüslər əməkdaşların motivasiyasının artmasına böyük töhfə verir.





