“Musiqi fənləri” kafedrasında Novruz bayramına həsr olunmuş tədbir yüksək əhval-ruhiyyə şəraitində keçirildi

“Musiqi fənləri” kafedrasında Novruz bayramına
həsr olunmuş tədbir yüksək əhval-ruhiyyə şəraitində keçirildi

“Musiqi fənləri” kafedrasında “Gəncə SOS Uşaq Kəndi”nin fidanları, Gəncə
şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdləri, “Musiqi fənləri”
kafedrasının müəllimləri və pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə
tələbələri tərəfindən hazırlanan “Novruz bayramı” şənliyi “Balaca səslər, böyük qəlblər”
layihəsi çərçivəsində uğurla keçirildi.
Tədbiri giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, professor
S.Qurbanəliyeva, tədbirin moderatoru kafedranın baş müəllimi S.Həsənova çıxışlarında
Novruz bayramının milli-mənəvi dəyərlər sistemində mühüm əhəmiyyətini qeyd etdilər,
Universitetdə təlim-tərbiyə məsələlərinin müasir dövrün tələbləri səviyyəsində təşkili
üçün Gəncə Dövlət Universitetinin rektoru, professor Y.Yusibova dərin
minnətdarlıqlarını bildirdilər.
Tədbirdə nümayiş olunan slaydlar, şagirdlərin və tələbələrin ifasında bir-birindən
maraqlı rəqs nömrələri, Novruz bayramına həsr olunmuş mahnılar, “Keçəl, Kosa və
Bahar qız” səhnəciyi tədbiri yaddaqalan və maraqlı etdi.
Tədbirdə iştirak edən Universitetin pedaqoji fakültəsinin dekanı dos.
Z.Hüseynzadə, “İnnovasiya və Texnologiyalarının Transferi və Margetinqi” şöbəsinin
müdiri R.Əliyev, “Təcrübə və karyera” şöbəsinin müdiri, dos. C.Qarayev, “Təhlükəsizlik
Xidməti”nin rəisi X.Umudov, “İnnovasiyalar Departamenti”nin baş mütəxəssisi
M.Hüseynov, pedaqoji fakültənin dekan müavini, baş müəllim İ.Haqverdiyev, fakültənin
tütoru V.Vəliyeva tədbirin sonunda çıxış edərək bayram təbriklərini səsləndirdilər.
Maraqlı və zəngin bayram proqramının sonunda tədbirin iştirakçıları olan
uşaqlara bayram sovqatları təqdim olunub, xatirə şəkillər çəkdirilib.