Ariya, mahnı və duet, solo və ansamblda oxumaq vərdişləri üzərində iş” mövzusunda açıq dərs

29 mart 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Feride Füzuli qızı Məmmədovanın “Vokal və onun tədrisi metodikası” seçmə fənnindən “Ariya, mahnı və duet, solo və ansamblda oxumaq vərdişləri üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nəzrin Cəmaləddin qızı Novruzəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə

Daha ətraflı

Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması

BP-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində fevralın 15-də Bakı şəhəri və regionlarda orta ümumtəhsil müəssisələrinin müəllimləri üçün təlimlərə start verilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında həyata keçirilən təlimlər fərqli əlillik formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun

Daha ətraflı

İnternatura. Bənövşə” mövzusunda açıq dərs

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbəsi Mollayeva Ayşən İman qızının Gəncə şəhəri 3 saylı uşaq bağçasının Böyük qrupunda ” Bədii təfəkkürün inkişafı” məşğələsi üzrə “Bənövşə” mövzusunda açıq dərsi dinlənilmişdir. Açıq dərs yüksək qiymətləndirilmişdir. Açıq dərsdə Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos. Allahverdi Quliyev, pedaqoji təcrübə rəhbəri dos.G.Kazımova, müəllimə Mustafayeva Xəyalə, müəssisə rəhbəri A.Gülarə Böyük

Daha ətraflı

İnternatura

Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə uğurla iştirak edirlər.“Musiqi fənləri” kafedrasının professor-müəllim heyətinin dəstəyi ilə tələbələr sınaq dərslərini yüksək səviyyədə keçirməklə yanaşı, şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkilində xüsusi fəallıq göstərir, musiqili-əyləncəli tədbirlər, musiqi lektoriyaları, Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil

Daha ətraflı

NOVRUZ BAYRAMI

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin tələbələrinin “Novruz bayramı” ilə əlaqədər tədbir keçirildi. Tədbirdə tələbələr tərəfindən gözəl ifalar səsləndirilmişdir, rəqs və səhnəciklər təqdim olundu. Sonda isə yallı rəqsi ilə tədbir yekunlaşmışdır. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva , fakültə dekanı Z.Hüseynzadə , professor müəllim heyəti və tələbələr iştirak edirdilər.

Akkreditasiya meyarları üzrə təlim

Fakültədə akkreditasiya meyarları üzrə təlim keçirildi. Təlimdə fakültədə olan bütün kafedraların professor-müəllim heyəti iştirak etdilər. Təlimi Təhsilin pedaqogikasl və metodikası kafedrasının müdiri dosent Allahverdi Quliyev keçdi. Müəllimlərin sualları ətraflı cavablandırıldı.

İnternaturada açıq dərslər

Fakültənin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının tələbələri Vuqar Veyselov adina 30 saylı orta məktəbdə Şahinleər hərbi idman oyunları ve 6-7 siniflərdə keçdikləri açıq dərslər keçirilib. Rəhbər müəllimlər B/m M.Məmmədova , R.Rəhimova , T.Əliyev. Məktəbdə üsul muəllimləri Dona Ömərova, Lalə Ağazadə , hərbi rəhbər Kəmaləddin Yusubov.

“Azərbaycan xalq musiqisi nümunələrinin ifası və təqdimatı” mövzusunda açıq dərs

12 mart 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi, p.ü.f.d. Rəşidə Hamlet qızı Məmmədovanın S/f.-“Musiqi dinlənilməsi üzrə məktəb repertuarı” fənnindən “Azərbaycan xalq musiqisi nümunələrinin ifası və təqdimatı” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Abdullayeva Leyla Zaur qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə iştirak etdilər: “Pedaqoji”

Daha ətraflı

Gəncə şəhəri 2 saylı uşaq bağçasında açıq dərs

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbəsi Ramazanova Aytac Mahmud qızının Gəncə şəhəri 2 saylı uşaq bağçasının Məktəbəhazırlıq qrupunda ” Ətraf aləmlə tanışlıq” məşğələsi üzrə “Yurdumuza yaz gəlir” mövzusunda açıq dərsi dinlənilmişdir. Açıq dərsdə pedaqoji təcrübə rəhbəri dos.(attes-sız)G.Kazımova, b/m R.İsgəndərova, müəssisə rəhbəri M.Atakişiyeva, məktəbəhazırlıq qrupunun müəllimi K. İsmayılova və təcrübəçi tələbələr iştirak etmişlər.

“Qammalar. Polifonik əsər, etüd və pyeslər üzərində iş” mövzusunda AÇIQ DƏRS

06 mart 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi, p.ü.f.d. Qəsirə Tofiq qızı Məmmədovanın  “Əsas musiqi aləti-2” fənnindən “Qammalar. Polifonik əsər, etüd və pyeslər üzərində iş” mövzusunda  pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Babayeva Ruqiyyə Ruslan qızı ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə iştirak etdilər:  “Musiqi fənləri”

Daha ətraflı