“İmtahan stresinin idarə olunması ilə bağlı tələbələrlə maarifləndirici görüş

9–13 aprel 2026-cı il tarixlərində keçirilmiş “İmtahan stresinin idarə olunması kontekstində psixoloji vəziyyətin və dəstək ehtiyaclarının qiymətləndirilməsi” mövzusunda sorğunun nəticələri istiqamətində tələbələrlə görüş keçirilmişdir.
Görüşün əsas məqsədi fakültə tələbələri arasında maarifləndirici görüş, seminar və təlimlərin təşkili, imtahan ərəfəsində tələbələrin psixoloji durumunun öyrənilməsi, risk qrupuna daxil olan tələbələrin müəyyənləşdirilməsi və onlara psixoloji dəstəyin göstərilməsidir.
Tədris işləri üzrə dekan müavini İ. Haqverdiyev, akademik məsləhətçilər, qrup nümayəndələri və tələbələrlə bu istiqamətdə mütəmadi görüşlər keçirərək tələbələrin psixoloji rifahının qorunması və dəstəklənməsi istiqamətində maarifləndirici söhbətlər aparırlar.