Praktik Xarici dillər kafedrasının baş müəllimi Bəşirova Aynur Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən “Technology, Keeping in touch” (Texnologiya, Ünsiyyət vasitələri) mövzusunda fakültənin Məktəbəqədər Təhsil ixtisasının 1-ci kurs tələbələri ilə açıq dərsi keçirilmişdir.
Dərs zamanı tələbələrin ingilis dilində şifahi nitq bacarıqlarının inkişafına, xüsusi ilə də müzakirələrə diqqət yetirildi. Mövzu ilə əlaqədar interaktiv təqdimatlar, praktik tapşiriqlar dərsin səmərəli keçməsini təmin etdi. Dərsdə tətbiq edilən müasir təlim metodları mövzusunun mənimsənilməsinə, tələbələrin motivasiyalarını daim yüksək saxlamağa və yaradıcı düşünməyə sövq etdi.
Açıq dərsdə metodiki qrupun sədri İ.Haqverdiyev, Praktik Xarici dillər kafedrasının müəllimləri b/m Səbinə Cəfərova, b/m Aytən Kərimli, b/m Aytən Əfəndiyeva, m. Elzanə Musayeva, iştirak edirdilər.


