13.05.2026-cı il tarixində Gəncə Dövlət Universitetinin “Tələbə evi”ndə Psixologiya kafedrasının təşəbbüsü və təşkilatçılığı, həmçinin Tələbə Elmi Cəmiyyətinin birgə əməkdaşlığı ilə “Müasir Psixologiya: Özünü tanı və inkişaf yolunda” mövzusunda elmi seminar keçirilmişdir.
Elmi seminarda Psixologiya kafedrasının müdiri dosent Z.Cavadova, kafedranın professor-müəllim heyəti, psixologiya ixtisası üzrə təhsil alan tələbələr və “Tələbə evi”nin sakinləri fəal iştirak etmişlər.
Seminar çərçivəsində müasir psixologiyanın insan həyatındakı rolu, özünü tanıma və şəxsi inkişaf mövzularında geniş müzakirələr aparılmış, iştirakçıların mövzuya böyük maraq göstərdiyi müşahidə olunmuşdur.
Sonda seminar iştirakçısı olan tələbələr sertifikatlarla təltif edilmişlər.
Elmi seminarın yüksək səviyyədə təşkilinə göstərdiyi diqqət və yaradılmış şəraitə görə Universitetin rektoru professor Yusif Yusibova təşəkkürümüzü bildiririk.





