“Musiqi fənləri” kafedrasının 2025/2026-cı tədris ilinə dair “İş planı”nda
göstərilən təlimlər həyata keçirilir.
Müəllim Şövkət Bayramova tərəfindən “Plaqiata qarşı mübarizə və
akademik dürüstlük” mövzusunda kafedrada keçirilən təlimdə mövzu ilə
əlaqədar slaydlar nümayiş etdirildi, iştirakçıların sualları cavablandırıldı.
Təlimdə kafedranın akademik heyətinin və “Musiqi müəllimliyi” ixtisası
üzrə tələbələrin plaqiata qarşı mübarizə aparmaq üçün bilik və bacarıqlarının
təkmilləşdirilməsi üçün zəngin məlumatlar iştirkçılara çatdırıldı.





