“Musiqi fənləri” kafedrasının 2025/2026-cı tədris ilinə dair “İş planı”na əsasən 25 may 2026-cı il tarixində kafedrada baş müəllim N.Haqverdiyeva tərəfindən “Müasir pedaqoji texnologiyaların tətbiqinin əhəmiyyəti və yolları” mövzusunda təlim keçirildi. Təlimdə mövzu ilə əlaqədar slaydlar nümayiş etdirildi, iştirakçıların sualları cavablandırıldı, mövzu ətrafında müzakirələr aparıldı. Təlimdə kafedranın əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına xidmət edən metodiki tövsiyələr irəli sürüldü.


