“Musiqi fənləri” kafedrasında “Ekoloji tərbiyədə musiqi əsərlərindənistifadənin imkan və yolları” mövzusunda təlim keçirildi

“Musiqi fənləri” kafedrasının müəllimi Səma Məhərrəmova tərəfindən
“Ekoloji tərbiyədə musiqi əsərlərindən istifadənin imkan və yolları”
mövzusunda kafedrada 22 may 2026-cı il tarixində keçirilən təlimdə mövzu ilə
əlaqədar slaydlar nümayiş etdirildi, iştirakçıların sualları cavablandırıldı.
Təlimdə iqlim dəyişikliyinə qarşı mübarizənin vacibliyi, bu istiqamətdə
həyat keçirilən tədbirlərdə kafedranın əməkdaşlarının fəal iştirakı qeyd
edilərək, tədris repertuarlarında təbiət mövzusunda müxtəlif janrlı musiqi
əsərlərinə daha geniş yer verilməsinin vacibliyi vurğulandı.