“Musiqi fənləri” kafedrasında “Ümumtəhsil müəssisələrindəmusiqi fənninin tədrisində innovativ metodlardan və rəqəmsaltexnologiyalarından istifadə” mövzusunda elmi seminar keçirildi

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji”
fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 20
may 2026-cı il tarixində növbəti elmi seminar keçirildi. Seminarı giriş sözü
ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər
doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, hər ay
kafedrada elmi seminarların keçirilməsi mühüm elmi nəticələrin pedaqoji
təcrübədə tətbiqinə xidmət edən tədbirlərdəndir.
Seminarın gündəliyinə uyğun olaraq kafedranın baş müəllimi Səidə
Həsənovanın “Ümumtəhsil müəssisələrində musiqi fənninin tədrisində
innovativ metodlardan və rəqəmsal texnologiyalarından istifadə”
mövzusunda çıxışı, nümayiş etdirilən slaydlar iştirakçılar tərəfindən
maraqla qarşılandı.
Mövzu ətrafında aparılan müzakirələrdə “Musiqi fənləri” kafedrasının
akademik heyəti və pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə
tələbələri fəal iştirak etdi, seminar iştirakçılarının sualları məruzəçi
tərəfindən ətraflı cavablandırıldı.