“Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 09 mart tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti-4” fənnindən “Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Elmir qızı Pənahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Azərbaycanda XX əsrin əvvəllərində ordu quruculuğu” mövzusunda açıq dərs keçirildi

28.02.2023-cü il tarixdə Fiziki tərbiyə çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədova “Fiziki tərbiyə ÇQH” ixtisasının II kursunda “Azərbaycanda hərb tarixi” fənnindən “Azərbaycanda XX əsrin əvvəllərində ordu quruculuğu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Niyazi Nəbiyev, b/m Fikrət Hüseynov və müəl. Zülfiyyə Ələkbərova iştrak etdilər.

“Muğam Azərbaycan şifahi professional musiqisinin aparıcı janrıdır” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 21 fevral tarixində “Musiqi fənləri” kafedrasının   müdiri, professor Sevda Firuddin qızı Qurbanəliyevanın “Azərbaycan muğamı” fənnindən “Muğam Azərbaycan şifahi professional musiqisinin aparıcı janrıdır” mövzusunda  “Musiqi müəllimliyi” ixtisası (magistratura) üzrə I kurs  tələbələri ilə mühazirə şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir. Dərsdə mövzu ilə bağlı slaydlar nümayiş etdirilmiş, musiqi nümunələri səsləndirilmişdir.

ELMİ ŞURA

14 fevral 2023-cü il  tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr – Dos.Z.Hüseynzadə Fakültə Elmi Şurasının 2022-2023-cü tədris ilinin II yarısı üçün iş planının müzakirəsi və təsdiqi – Elmi katib Müsabiqə üzrə müəllim seçkisi – b/m İ.Haqverdiyev Cari məsələ: Kafedralarda hazırlanan

Daha ətraflı

Başın sağ olsun Türkiyə

Qardaş Türkiyə Respublikasında çoxlu sayda insan tələfatına səbəb olan Zəlzələdə dünyasını dəyişən qardaş-bacılarımıza Allahdan rəhmət diləyirik. Zəlzələdə xəsarət alanlara şəfa və tezliklə sağalmalarını Allahdan arzu edirik. Qardaş ölkədə dünyasını dəyişənlərin əzizlərinə və qardaş ölkəyə baş sağlığı veririk.

“Secilmiş idman növlərinin nəzəriyyəsi və tədrisi metodkası” fənninin BOKS bölməsi üzrə qabiliyyət imtahanı keçirildi

17.01.2023-cü il tarixdə Pedaqoji fakültədə cədvəl üzrə “Məşqçilik” ixtisasının I kurs tələbələri “Secilmiş idman növlərinin nəzəriyyəsi və tədrisi metodkası” fənninin BOKS bölməsi üzrə qabiliyyət imtahanında iştirak etdilər. İmtahanlar təsdiq olunmuş nəzarət normativləri əsasında aparıldı. Tələbələr həvəslə və maraqla imtahanlarda iştirak etdilər və qabiliyyətlərinə uyğun qiymətlər aldılar.

Pedaqoji fakültədə qabiliyyət imthanları müvəffəqiyyətlə davam edir

16.01.2023-cü il tarixdə fakültənin “Məşqçilik” ixtisasının  II kurs tələbələri  Həndbol və OTM fənnindən qabiliyyət imtahaninda iştirak edirlər. Nəzarət normtivləri sadə elementlərdən istifadə edilərək tərtib edilmisdir. Tələbələr imtahanda müvəffəqiyyət alırlar. İmtahanların belə formada aparılması tələbələrdə məsuliyyəti bir qədərdə artırır və seçdikləri peşəyə marağı daha da artırır.

“Ağırlıq qaldırma və fitnes” fənnindən qabiliyyət imtahanı keçirildi

12.01.2023-cü il tarixində “Ağırlıq qaldırma və fitnes” fənnindən Məşqçilik ixtisasının III kurs tələbələri qabiliyyət imtahanında iştirak etdilər.  İmtahan universitetin fitnes zalında təşkil olunub. İmtahan üçün hər cür şərait var və tələbələr maraqla imtahanda iştirak etdilər. İmtahanın təşkilində və idman qurğularının müasir avadanlıqlarla  təchiz edilməsində universitet rəhbərliyinə tələbələr adından çox sağ ol deyirik.

Pedaqoji fakültədə qabiliyyət imtahanları başladı

10.01.2023-cü il tarixində Pedaqoji fakültədə “Məşqçilik” və “Fiziki tərbiyə və ÇQH” ixtisasları üzrə təhsil alan tələbələrin qabiliyyət imthanları başladı. Cədvəl üzrə “Bədən tərbiəsi və idman” ixtisasının IV kurs tələbələri “Mütəhərrik oyunlar”  fənnindən qabiiyyət imtahanı verdilər. Nəzarət normativlərində 5 idman növünə köməkçi mütəhərrik hərəkətlər verilmişdir. Tələbələr həvəslə imtahanlarda iştrak edib və qabiliyyətlərinə uyğun müvəffəqiyyət aldılar.