Açıq dərslərin qrafikinə əsasən 27 noyabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Quliyevanın “Əsas musiqi aləti-3” fənnindən “Polifonik əsər, pyeslər və etüd üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Teymurova Gülər Mahmud qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi. Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, baş müəllimlər Mehriban Hacıyeva, Gültəkin Məhərrəmova, Lalə Rəfibəyli, müəllim Səma Məhərrəmova iştirak etdilər.

