”Köməkçi nitq hissələri, Xüsusi nitq hissələri” mövzusunda açıq dərs

Azərbaycan dili kafedrasının dos.Aytən Əhmədovanın Məktəbəqədər təhsil ixtisasının 2 ci kurs tələbələri ilə “Azərbaycan dili” fənnindən ” Köməkçi nitq hissələri, Xüsusi nitq hissələri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Pedaqoji fakültənin humanitar məsələlər üzrə dekan müavini  baş müəllim  İlqar Haqverdiyev, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, kafedranın müəllimləri dos. Yadigar Əliyev, b/m Günay Hüseynova, b/m Samirə Quliyeva, b/m Aynur Orucova, müəllim Ruhanə Xanbatova, müəllim Afət Həsənova, Xalidə Əkbərova   iştirak edirdilər. Dərs müasir tələblərə tam cavab verir və müəllim fəallığı, tələbənin maraqları nəzərə alınmışdır.