TƏLƏBƏLƏRİMİZ GƏNCƏ DÖVLƏT FİLARMONİYASININ SƏHNƏSİNDƏ

Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət və Şərəf ordenli professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrindən ibarət “Ozan” folklor ansamblı böyük uğurla çıxış etmişdir. (Bədii rəhbər və xormeyster: “Musiqi fənləri” kafedrasının baş müəllimi Leyla Nəbiyeva, fortepianoda müşayiət: “Musiqi fənləri” kafedrasının müəllimi Şövkət Bayramova).