28 №-li tam orta məktəbdə Pedaqoji təcrübə
Bədən tərbiyəsi və idman ixtisasının IV kurs tələbəsi Kazımov Əziz 10a sinfində “Çeviklik qabiliyyəti və basketbolun texnikası” mövzusunda dərsdə şagirdlərə Ümumi fiziki hazırlıq hissəsini keçir.
Bədən tərbiyəsi və idman ixtisasının IV kurs tələbəsi Kazımov Əziz 10a sinfində “Çeviklik qabiliyyəti və basketbolun texnikası” mövzusunda dərsdə şagirdlərə Ümumi fiziki hazırlıq hissəsini keçir.
30.03.2023-c ü il tarixdə Psixologiya kafedrasının b/m A.Babayevanın Psixologiya III kursunda “Defektologiya və loqopediyanın əsasları” fənnindən “Eşitmə sistemində qüsur olan uşaqlar (Surdopsixologiya)” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos.Z.hüseynzadə, dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Z.Cavadova, b/m L.Həsənova, b/lab.A.Mirzəyeva və lab. Y.Abbasova iştrak etmişdilər.
Təhsildə sosial psixoloji xidmət ixtisasının II kurs tələbələri “Şağird fəaliyyətinin qiymətləndirilməsinin üsul və vasitələri” fənnindən yoxlama imtahanları verirlər.
2023-cü il 27 mart tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Əsas musiqi aləti-4” fənnindən “Polifonik əsər, etüd və pyes üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Fazil qızı Qədimova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
17 mart 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Rəşidə Hamlet qızı Məmmədovanın “Musiqi dinlənilməsi üzrə məktəb repertuarı” fənnindən “Məktəb repertuarından musiqi dinləmə bölməsindən əsərlərin öyrənilməsi (3-cü sinif proqramından)” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Aynurə Elman qızı Aydınova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
17 mart 2023-cü il tarixində Gəncə şəh. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Novruz Bayramı” münasibəti ilə bayram şənliyi Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinin və məktəb şagirdlərinin iştirakı ilə yüksək səviyyədə keçirilmişdir.
17.03.2023-cü il tarixindəPsixologiya kafedrasının b/m Arzu Bağırzadənin İbtidai sinif müəllimliyi ixtisasının I kursunda Psixologiya fənnindən “Təfəkkür və təxəyyülün psixologiyası” mövzusunda açıd dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Z.Cavadova, b/m. P.Məmmədova, b/lab. A.Mirzəyeva və lab. Y.Abbasova iştrak etmişdilər.
16.03.2023-cü il tarixində Psixologiya kafedrasının b/m İlham Məmmədovun TSPX ixtisasının I kursunda Psixologiyanın əsasları fənnindən “Şəxsiyyətin psixologiyası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Z.Cavadova, b/m A.Babayeva, b/lab. A.Mirzəyeva və lab. Y.Abbasova iştrak etdilər.
14 mart 2023-cü il tarixində Gənc Dövlət Kukla Teatrında keçirilən “Novruz Bayramı”na həsr olunmuş şənlikdə Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin “Gəncə SOS Uşaq Kəndi”nin Uşaq xoru ilə hazırladıqları konsert proqramı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
13.03.2023-cü il tarixində pedaqoji təcrübə keçən Nəsibova Sevinc Bəhruz qızının Azərbaycan dili fənnindən “Vətənim Azərbaycan” mövzusunda Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin 2d sinifində keçdiyi açıq dərs dinlənildi.