Açıq dərslərin qrafikinə əsasən 04 dekabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Məmmədovanın “Əsas musiqi aləti-3” fənnindən “Tədris repertuarına daxil olan əsərlərin bədii ifası üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Həsənova Selcan Elmir qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi. Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru, “Psixologiya” kafedrasının dosenti, Açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər Səidə Həsənova, Nərgiz Haqverdiyeva, Rəşidə Məmmədova iştirak etdilər.

