17dekabr 2025 -ci il tarixdə Gəncə Dövlət Universitenin Pedaqoji fakültə Tələbə elmi cəmiyyəti və Psixologiya kafedrasının təsəbbüsü ilə “ Cəmiyyətə Psixoloji baxış”adlı Elmi Seminar keçirildi.
Elmi Seminarda əvvəlcə Azərbaycan Respublikasınin Dövlət himni səsləndirilib, 44 günlük Vətən müharibəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Psixologiya kafedrasının müdiri dos.Zümrüd Cavadova çixişinda qeyd etdiki, psixologiya kafedrasında daim tələbələrin elmi tədqiqat xarakterli məqalələri dinlənərək davamlı olaraq onlar üçün tədbirləri TEC lə birlikdə keçirirlər. Elmi rəhbəri oldugu türk və Azərbaycan tələbələri aqressiya, zorakılıq, tənhalıq və narkomaniya asılılıgi kimi sosial-psixoloji mövzulara toxunaraq həmin şəxsə necə psixoloji dəstək olmağın yollarını izah edəcəklər. Aqressiv və emosional davranışlar çox zaman güc deyil, emosional tənzimləmənin olmamasının göstəricisidir. Bu davranışlara vaxtında psixoloji müdaxilə ilə sağlam reaksiyalara çevrilə bilər.
Pedaqoji fakültənin humanitar məsələlər üzrə dekan müavini b/m İlqar Haqverdiyev çıxışında bildirdiki, İbtidai sinif müəllimliyi III kurs və Psixologiya II kurs Azərbaycan və Türk tələbələrimizin birgə çixişları iki qardaş ölkələrin insanlarının doğmalığının universitetlər arası qarşılıqlı əməkdaşlıgın bariz nümunəsidir. Toxunduqları mövzular cəmiyyətimizdə daha cox rast gəldiyimiz mövzulardı.
TEC-in elmi rəhbər b/m Telli Cabbarova çıxışında əvvəlcə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının həmrəklik günü münasibətilə tədbir iştirakçılarına sağlam can, xoşbəxtlik və fəaliyyətlərinə uğurlar arzuladı sonra bildirdiki, davamlı olaraq tələbələrimiz elmi tədqiqat işlərinə cəlb olunur, məruzələri ilə seçilən tələbələrimiz üçün fakültəmizdə elmi seminarlar təşkil olunur. Məruzəçi tələbələrimiz aqqresiya, zorakılıq, cinsi istismar, tənhaliq, narkomaniyadan asılılıq kimi movzularında emosional davranışlara vaxtinda psixoloji dəstək göstərilməsinin elmi və praktik maarifləndirici yollarını izah edərək çox aktual mövzulara toxunublar. Hər vaxtında edilən psixoloji dəstək bir aqressiyanı qarşısını ala, bir travmanı yüngülləşdirə, bir gənci asılılıqdan uzaqlaşdıra bilər. Bir müdaxilə – bir həyat deməkdir. Cəmiyyətin gücü səssiz qalmaqda deyil, fərqi görmək və reaksiya verməkdədir. Psixologiya bizə bunu elmi əsaslarla öyrədir.
Gəlin, problemlərə sonradan deyil, vaxtında toxunaq.
Gəlin, psixologiyanı yalnız elm kimi deyil, məsuliyyət kimi qəbul edək.
Tədris məsələləri üzrə dekan müavini p.ü.f.d. Günay Kazımova çıxışında bildirdi ki, ibtidai sinif müəllimliyi ixtisasının tələbələrinin də psixoloji aspektdə cinsi istismara və zorakılığa məruz qalan qadınlar üçün əsas ehtiyac cəza yox, təhlükəsizlik və bərpaedici psixoloji dəstək məsələlərinə dair mövzulara toxunması cəmiyyətimizin ən narahat edən məsələlərdəndir.
Tədbirdə psixologiya kafedrasının b/m Leyla Həsənova, b/m Hicran Verdiyeva m.Mirvari Rəhimova, m.Rəşad Məmmədov, TEC sədri Silduz Hüseynova və.s pedaqoji fakültənin professor müəllim heyəti, İbtidai sinif müəllimliyi, Psixologiya, Təhsildə Psixoloji xidmət, Məktəbəqədər ixtisasları üzrə təhsil alan Azərbaycan və Türk tələbələri fəal iştirak etdilər. Tədbirin sonunda 6 nəfər məruzəçi tələbələr Sertifikata layiq görüldü.










