“Ariya, romans və mahnı müşayiəti üzərində iş” mövzusunda açıq dərs

Açıq dərslərin qrafikinə əsasən 12 dekabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi  Rəşidə Məmmədovanın “Konsertmeyster sinfi və ansambl” seçmə fənnindən “Ariya, romans və mahnı müşayiəti üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Zamanova Lilpar Mübariz qızı ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi.

Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru, “Psixologiya” kafedrasının dosenti, Açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru professor Sevda Qurbanəliyeva, baş müəllimlər Mehriban Hacıyeva, Leyla Nəbiyeva iştirak etdilər.