Loqos Psixologiya Mərkəzinin Gəncə filialənda təcrübə proqramı uğurla başa çatdı

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya ixtisasının IV kurs tələbələrinin Loqos Psixologiya Mərkəzinin Gəncə filialənda təcrübə proqramı uğurla başa çatdı. Yekun olaraq təcrübədə fəal iştrak edən universitet tələbələrinə Mərkəzin Gəncə filialında “Fəxri fərman”lar təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb, həmçinin 4 nəfər tələbəni işlə təmin edcəkləri söylənildi.

“Hərbi topoqrafiya”mövzusunda açıq dərs keçirilmişdir

04.04.2023-cü il tarixdə Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Fikrət Hüseynovun Fiziki tərbiyə ÇQH ixtisasının III kursunda “Hərbi topoqrafiya”mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə dekan dos. Z.Hüseynzadə, kafedra müdiri dos. N.Nəbiyev, dekan müavini b/m İ.haqverdiyev iştrak etmişdilər.

30 №-li tam orta məktəbdə Pedaqoji təcrübə

Fiziki tərbiyə ixtisasının təcrübəçi tələbələri 30 №-li məktəbin aşağı siniflərində, siniflər arasında “Şən startlar” yarışını təşkil etmişlər. Rəhbər müəllimlər R.Rəhimov, E.Həsənov, M.Məmmədova təcrübədə tələbələrə yaxından köməklik edirlər.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müasir musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər” mövzusunda tələbələrin elmi-metodiki respublika konfransında “Musiqi müəllimliyi” ixtisası üzrə beş nəfər tələbə elmi məruzələrlə “online” çıxış etmişlər

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müasir musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər” mövzusunda tələbələrin elmi-metodiki respublika konfransında Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə beş nəfər tələbəsi Tələbə Elmi Cəmiyyətinin xətti ilə hazırladıqları elmi məruzələrlə “online” çıxış etmişlər. Konfrans 30 mart 2023-cü il tarixində  Üzeyir Hacıbəyli

Daha ətraflı