“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” idman turniri

Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılış mərasimi baş tutub.

İdman turniri Gəncə Dövlət Universitetinin İdman Klubu, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir

Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, millət vəkili və universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Gəncə Dövlət Universitetinin İdman Klubunun sədri Xaqani Umudov və Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov çıxış ediblər.

Turnir bir neçə idman növünü əhatə edir. Yarışlarda tələbələr şahmat, voleybol, dama, futbol, stolüstü tennis və güllə atıcılığı üzrə mübarizə aparırlar. Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, onların fiziki və intellektual hazırlığının artırılması, həmçinin vətənpərvərlik ruhunun gücləndirilməsidir.