Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram

Bu gün fakültəmizin professor-müəllim heyəti Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə əklil qoyaraq onun xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.

Əklilqoyma mərasimi Azərbaycan dövlətçilik ənənələrinin, eləcə də Heydər Əliyevin elmə və təhsilə verdiyi strateji dəyərin fakültə kollektivinin fəaliyyətində daim yaşadığını göstərir.

Ulu Öndərin müəyyən etdiyi inkişaf xətti ölkənin ali təhsil sisteminin elmi əsaslar üzərində qurulmasına, müasir kadr hazırlığının formalaşdırılmasına mühüm töhfələr vermiş və bu istiqamət bu gün də aktual olaraq qalmaqdadır.