Author Archives: Pedaqoji

Müəllimlərimiz sertifikatlarla təltif olundular

Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimləri dosent Kazımova Günay Salman qızı, baş müəllim İsgəndərova Rəfiqə Əmirxan qızı və müəllim Aslanova Günel Həsənəli qızı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera”

Daha ətraflı

BEYNƏLXALQ TƏLİMLƏRDƏ İŞTİRAK EDƏN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ ƏMƏKDAŞLARI SERTİFİKATLARLA TƏLTİF OLUNUBLAR

                Dünyanın aparıcı onlayn təhsil platforması olan “Coursera” platforması vasitəsilə müxtəlif nüfuzlu beynəlxalq qurumların onlayn ixtisasartırma proqramlarında  iştirak edən “Musiqi fənləri” kafedrasının aşağıda adları qeyd olunan əməkdaşları sertifikatlarla təltif olunublar. Baş müəllim Səidə Həsənova New York Universiteti Müasir sənət muzeyi (Art&Activity:Interactive Strategies for Engaging with Art) Baş müəllim Leyla Nəbiyeva Berklee Universiteti (Music Business Foundations)

Daha ətraflı

Proqram akkreditasiyasına dair iclas

Proqram Akkreditasiyasının fəaliyyət proqramına uyğun olaraq fakültədə yaradılan operativ qrupun sentyabr ayına nəzərdə tutulmuş növbəti iclası keçirilib. İclasa işçi qrupunun sədrlərinin hesabatı dinlənilib. İcraatda olan məsələlərin yekunu ilə bağlı çıxışlar olub. Qarşıda duran məsələlər və tapşırıqlar verilib

Yay semestri

Pedaqoji fakültədə fəaliyyət göstərən yay semestrində növbəti tədris məşğələsi , müəllim Yusibova Günel Politologiya fənnindən Məşqçilik ixtisasının tələbəsi Verdiyev Talıb Afiq oğlu ilə keçirilir. Dərsdə fakültə dekanı Z.Hüseynzadə və rektorluğun təyin etdiyi nümayəndə A.Əsilbəyov iştirak etdi.

Milli mətbuat günü

Bu gün, iyulun 22-si, Azərbaycan milli mətbuatının yaranmasına töhfə verən, maarifçi Zərdabinin ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin yaranmasından 150 il ötür. 1991-ci ildən məhz bu gün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Yay semestri

2024-2025-ci tədris ilində Gəncə Dövlət Universiteti Publik Hüquqi şəxsin Pedaqoji Fakültəsində təşkil olunmuş “Yay semestri” uğurla davam edir. Fakültədə iki fənn üzrə yay semestri fəaliyyət göstərir. Müəllim Mustafayeva Xəyalə İbtidai Sinif Müəllimliyi ixtisasının tələbəsi  Zeynalova Minayə Elsəvər qızı ilə “Ailə tərbiyəsi” fənnindən tədris məşğələləri aparır. Yay semestrinin  tədris məşğələləri dekanlıq və rektorluğun təyin etdiyi nümayəndələr

Daha ətraflı

“Musiqi fənləri” kafedrasının elmi nailiyyətləri

Gəncə Dövlət Universiteti PHŞ-in rektorunun Baş Müşaviri, dosent Asif Cavadov, Universitetin Elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə, GDU-nun AHİK sədri dosent Afaq Qasımova tərəfindən “Musiqi fənləri” kafedrasının professor-müəllim heyətinə və “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültə tələbələrinə 2024/2025-ci tədris ilinin yaz semestrində beynəlxalq və respublika elmi-praktik, elmi-ifaçılıq konfranslarında işrtirakına görə 33 sertifikat və

Daha ətraflı

Müəllimlərimiz Beynəlxalq konfransda iştirak etdilər.

5-6 iyul 2023-cü il tarixində Müasir Azərbaycan Cəmiyyəti, Bakı Slavyan Universiteti və Psixologiya Elmi Tədqiqat İnistutunun təşkilatçılığı ilə Bakı Slavyan Universitetində “Psixologiya zirvəsi III” Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans “Şəxsiyyət və suverenlik: fərdi və milli kimliyin psixoloji aspektləri” mövzusuna həsr olunmuşdur.Konfransda BSU-nun rektoru Anar Nağıyev, Milli məclisin deputatı, AMEA-nın müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları cəmiyyətinin

Daha ətraflı

Monitorinq qrupunun iclası

Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlərin müasir dövrün və əmək bazarının tələblərinə uyğun fənlərlə əvəz edilməsinə nəzarət üçün yaradılmış monitorinq qrupunun hazırladığı iş planı üzrə tədris planında ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlərin müasir dövrün və əmək bazarının tələblərinə uyğun fənlərlə əvəz edilməsi və maraqlı tərəf kimi əmək bazarı nümayəndələrinin rəy və təkliflərinin

Daha ətraflı