2020-ci ilin 8 noyabrında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Şuşa şəhəri işğaldan azad edildi və bu möhtəşəm gün Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.27 sentyabr 2020-ci ildə başlayan müharibə müddətində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri ilə yanaşı, Zəngilan və Xocavənd rayonlarının bir neçə qəsəbəsini, yüzlərlə kəndi və mühüm strateji yüksəklikləri düşməndən azad etdi.
