“Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda açıq dərs

04 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Svetlana Cəlal qızı Abbasovanın “Notdan (üzdən) ifa” seçmə fənnindən “Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Müslüm Mehman oğlu Məmmədzadə ilə fərdi məşğələ şəklində keçdiyi açıq dərsi dinlənilmişdir.

II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir

27 Sentyabr -Anım günü ilə əlaqədar olaraq Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin müəllim və tələbələrinin iştrakı ilə II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir. Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilən tədbirdə, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmiş, daha sonra isə müəllim və

Daha ətraflı

Anım Günü

Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.

Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir

Universitetin rektoru professor Y.Yusibovun  tapşırığı ilə cari tədris ili üçün idman zalı, idman meydançası təmir olunub tələbələrin istifadəsinə verilib.  Bədən tərbiyəsi və idman kafedrası idman ləvazimatları ilə təmin olunubdur. Fakültənin Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir. 2022-2023-cü tədris ilində kafedranın qabiliyyət yönümlü fənləri cədvəl üzrə idman zalında keçiriləcək. Bu barədə Universitetin tədris

Daha ətraflı

15 SENTYABR – BİLİK GÜNÜ

Azərbaycanda ali təhsil müəsissələrində dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış və həmin gün Bilik Günü elan edilmişdir. Beləliklə 15 sentyabr 2022-ci il tarixdə fakültəmizdə  yeni tədris ilinə start verilmişdir.

Daha ətraflı

ELMİ ŞURA

08.07.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  İxtisas kafedralarının illik hesabatı – kafedra müdirləri. Buraxılış işlərinin müdafiəsinin və dövlət imtahanlarının yekunlarına dair DAK sədrlərinin hesabatı. – DAK sədrləri. Buraxılış kurs tələbələrinə bakalavr dərəcəsi verilməsi haqqında. – dos. Z.Hüseynzadə. 2022/2023-cü tədris ilinə aid fakültənin, Fakültə Elmi Şurası və kafedranın

Daha ətraflı

“Musiqi fənləri” kafedrasının müsabiqə-festivalda uğurları

Respublika ali təhsil müəssisələrinin tələbələri arasında Azərbaycan xalqının ümummilli  lideri, ulu öndər  Heydər  Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında Universitetin “Musiqi fənləri” kafedrası nəzdində fəaliyyət göstərən  tələbə musiqi kollektivləri böyük uğur qazanmışlar. “Fəxri Fərman” və “Diplom”lar Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev və Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar

Daha ətraflı

15 İyun – Milli Qurtuluş Günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun

Daha ətraflı

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını (29 dekabr 2021) rəhbər tutaraq elmi-nəzəri seminar keçirildi

Təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını (29 dekabr 2021, 18:30) rəhbər tutaraq və kafedranın profilinə üyğun olaraq elmi-nəzəri seminar təşkil edilmişdir. Kafedra əməkdaşları tərəfindən tarixi faktlara əsaslanaraq İrəvan Müəllimlər Seminariyasının yaranması və fəaliyyəti dövrü tədqiqi baxımdan maraqlı məruzələr təqdim edilmişdir. Kafedranın müdiri dos.

Daha ətraflı