“MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 25 sentyabr 2025-ci il tarixində növbəti elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarların kafedra iclasında təsdiq olunmuş qrafik əsasında mütəmadi keçirilməsi kafedrada təmin edilir. Seminarın gündəliyinə uyğun olaraq kafedranın baş müəllimi LeylaNəbiyeva “Musiqi müəllimliyi” ixtisası üzrə kadr hazırlıgında “Dirijorluq” fənninin tədrisinə verilən müasir tələblər” mövzusunda elmi məruzə ilə çıxış etmiş, pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrindən ibarət Kamera xoru tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xor əsərləri yüksək peşəkarlıq səviyyəsində ifa olunmuşdur. Seminarda mövzu ətarfında aparılan müzakirələrdə pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nərmin Əlizadə, magistratura təhsil səviyyəsi üzrə II kurs tələbəsi Fidan Qurbanova, “Musiqi fənləri” kafedrasının müəllimlərindən Günay Tağıyeva, Feridə Məmmədova, Nüşabə Seyfullayeva, Səidə Həsənova , Şövkət Bayramova fəal iştirak etmiş, seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.