Bakı şəhərində “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransı keçirildi

GDU-nun Psixologiya kafedrasının bir qrup əməkdaşları 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransında fəal iştrak edərək maraqlı məruzələrlə çıxış etmişlər.

“Adlı ədədlərin toplanması, çıxılması və adsız ədədə vurulmasına aid çalışmalar” mövzusunda açıq dərs keçirilmişdir

21.10.2022-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Samirə Nurməhəmmədli İbtidai sinif müəllimliyi ixtisasının II2 kursunda “Adlı ədədlərin toplanması, çıxılması və adsız ədədə vurulmasına aid çalışmalar” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə dekan müavini İ.Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının dos. əv.G.Kazımova, b/m Ş.Binnətova, b/m Ə.Şərifova, müəl.Z.Ələkbərova, m. G.Aslanova

“Psixi inkişafda qeridə qalmanın diaqnostikası” mövzusunda açıq dərs keçirildi

20.10.2022-ci il tarixdə Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilovanın TSPX ixtisasının IV kursunda “Psixodiaqnostika və psikonsultasiya” fənnindən “Psixi inkişafda qeridə qalmanın diaqnostikası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, b/m A.Babayeva, b/m S.Şahverdiyev, b/m A.Bağırzadə, müəl. E.İsayeva iştar etmişdilər.

“Fövqəladə hallarda təxliyyənin təşkili” mövzusunda tədbir keçirilmişdir

17 oktyabr 2022-ci il universitet Mülki müdafiə qərərgahının rəhbəırliyi ilə, Fiziki tərbiyə çağırışagədərki hazırlıq və mülki müdafiə kafedrasının “Fövqəladə hallarda təxliyyənin təşkili” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pedaqoji fakültə dekanı dos. Z.Hüseynzadə, kafedra müdiri dos. N.Nəbiyev, kafedranın müəllimləri və tələbələr iştrak etmişdirlər. Qərərgah rəisi Qasımov Musa tədbiri “Fövqəladə hallarda təxliyyənin təşkili” mövzusu ilə açdı. Kafedranın baş

Daha ətraflı

ELMİ ŞURA

14 oktyabr 2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:   Buraxılış işi və magistr dissertasiya mövzularının təsdiqi. (dos.Z.Hüseynzadə, kafedra müdirləri) Akademik borcların ödənilməsi vəziyyəti. (dekan müavini İ.Haqverdiyev) Fakültə TMŞ-nin hesabatı. Yeni tərkibin seçilməsi. (TMŞ sədri Z.Bayramova) Musabiqə üzrə müəllim seçkisi. Cari məsələ: Kafedralarda hazırlanan proqramların müzakirəsi.

Tədris prosesinə nəzarət

Tədris prosesinə nəzarət, əmək intizamını və açıq dərslərə nəzarət etmək üçün yaradılan komissiya fakültəmizdə dərslərdə iştirak edirlər. Komissiyanın məsul şəxsləri dos. Asif Cavadov və fakültə dekanı dos. Zaur Hüseynzadə dərs prosesinin gedişini izləmişlər.

“Cəmiyyətin təhsil ehtiyacları” adlı seminar məşğələsi keçirildi

Inkişafını təmin etməkdə olan cəmiyyətin ən vacib göstəricisi təhsil olmalıdır. Pedaqoji kadrlar gələcək nəsillərin mənəvi sağlamlığının birinci qarantıdır. Sivilizasiyanın inkişafı insanın mənəvi inkişafına bağlıdır. İnsanlıq naminə qurub-yaratmaq, insansevər, bəşərsevər vətəndaşın yetişməsi bütün müasir dünyamızın devizidir. İnsanlıq naminə insanı sevmək səriştəsi şəxsiyyətin sosiallaşmasında bir insan ömrü boyunca qırmızı xətlə keçməlidir.  Pedaqoji kadrların yetişdirilməsi çox məsualiyyətli məqamlardan

Daha ətraflı

“Binar münasibətlər”mövzusunda açıq dərs keçirilmişdir

11.10.2022-ci il tarixində Pedaqoji fakültənin Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f.d.b/m Şəlalə Binnətovanın Məktəbəqədər təhsil ixtisasının I kursunda “Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi inkişafı metodikası” fənni üzrə “Binar münasibətlər”mövzusunda açıq dərsi keçirilmişdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos. Z.Hüseynzadə, tədris məsələləri üzrə dekan müavini b/m İ.Haqverdiyev iştrak etmişdilər.

“İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda açıq dərs dinlənilmişdir

11 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Aləmzər Xanlar qızı Abdullayevanın “Məktəb mahnı repertuarı” fənnindən “İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda Pedaqoji fakültənin “Musiq müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Könül Əvəz qızı Əmrahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.