Müəllimlərimiz simpoziumda iştirak edib.

25-26 sentyabr 2025-ci il tarixində ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş II ADA Simpoziumu keçirilib.
Simpoziumda ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, bir sıra ali təhsil müəssisələrinin akademik və inzibati heyəti, həmçinin yerli və beynəlxalq ekspertlər iştirak edib.
Gəncə Dövlət Universiteti PHŞ-inin əməkdaşı dos.Günay Kazımova və tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov simpoziumda iştirak edib və sertifikatlarla təltif olunublar.