Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasında iki ixtisas otağı yaradılıb, tələbələrin istifadəsinə verilib. Yeni yaradılmış Stolüstü tennis və Şahmat otaqları təhsilin keyfiyyətinin artırılması, tələbələrin bu idman növlərini daha yaxşı öyrənməsi və bacarıqlarının artırılmasında əvəzolunmaz rol oynayacaq. Şahmat otağında şahmat stolları ilə yanaşı şahmat lövhəsi də quraşdırılmışdır ki , buda müəllimlərin şahmat dərlərində daha effektiv tədris aparmaqlarında kömək edəcək. Tennis otağında 3 tennis masası quraşdırılıb. Bunlardan birində Gəncə şəhərində ilk olan tennis robortu quraşdırılmışdır ki , buda tennis dərslərinin yüksək səviyyədə təşkili üçün müstəsna rol oynayacaq, tələbələrin texniki və fiziki imkanlarını inkişaf etdirmək üçün əvəzolunmaz rolu olacaq.
Qeyd etmək lazımdır ki , akademik heyət və tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün də bu otaqlardan istifadə olunacaq və bunun üçün xüsusi vaxtlar təyin olunub.
Bu otaqları təsis etdiyi üçün Universitet rəhbərliyinə xüsusi minnətdarlığımızı bildiririk.













