”Gənclərin Çağırışa qədərki hazırlığında hərbi fəaliyyətin məzmunu” mövzusunda açıq dərs

Fiziki tərbiyə çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının baş müəllimi Məmmədova Mahnurun Pedaqoji fakültənin Fiziki tərbiyə çağırışaqədərki hazırlıq ixtisasının 2 kurs tələbələri ilə ”Gənclərin Çağırışa qədərki hazırlığında hərbi fəaliyyətin məzmunu” mövzusunda açıq dərsi keçirilmişdi. Dərsdə Pedaqoji fakültənin dekan müavini baş müəllim İ.Haqverdiyev , kafedranın baş müəllimi Fikrət Hüseynov,psixologiya kafedrasının baş müəllimi İlham Məmmədov, müəllimlər Zülfiyyə Ələkbərova, Şahmar Məmmədov və Sərxan Əmiraslanov iştirak etmişlər.