“Partitura oxunuşu. A kapella əsəri üzərində iş” mövzusunda açıq dərs

15 oktyabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Şövkət Bayramovanın “Dirijorluq-1” fənnindən “Partitura oxunuşu. A kapella əsəri üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nərmin Əlizadə ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru, “Açıq dərslərə nəzarət komissiyası”nın üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, baş müəllim Leyla Nəbiyeva, müəllimlər Aləmzər Abdullayeva, Səma Məhərrəmova iştirak etdilər.