Təlim

15 oktyabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasında “Eduman” platformasından istifadə bacarıqlarının təkmilləşdirilməsinə həsr olunmuş təlim uğurla keçirildi.Təlimçi Rəşad Məmmədov mövzu ilə bağlı maraqlı təqdimat edərək, kafedra üzvlərinin suallarını ətraflı cavablandırdı.Diskussiya şəklində keçirilən təlimdə “Musiqi fənləri” kafedrasının əməkdaşları fəal iştirak etdilər.Sonda kafedra müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək “Eduman” platformasından istifadə səriştəsinin təkmilləşdirilməsinə xidmət edən bu kimi təlimlərin mühüm əhəmiyyətini qeyd edərək, təlimlərin təşkilində göstərdiyi dəstəyə görə Universitet rəhbərliyinə, təlimçi Rəşad Məmmədova dərin minnətdarlığını bildirdi.