01 oktyabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Firuddin qızı Qurbanəliyevanın “Tədqiqat metodları” fənnindən “Elmi tədqiqat işlərinin yerinə yetirilməsi mərhələləri” mövzusunda magistratura şöbəsinin “Musiqinin tədrisi” ixtisaslaşması üzrə I kurs tələbələri ilə mühazirə şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Musiqi fənləri” kafedrasının baş müəllimləri s.ü.f.d., N.Seyfullayeva, s.ü.f.d. S.Rüstəmova, L.Rəfibəyli, M.Hacıyeva iştirak etdilər.

