Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 24 dekabr 2025-ci il tarixində növbəti elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarların kafedra iclasında təsdiq olunmuş qrafik əsasında mütəmadi keçirilməsi kafedrada təmin edilir.
Seminarın gündəliyinə uyğun olaraq kafedranın müəllimi Feride Məmmədova “Məktəb uşaq xorunun məşğələlərində işin əsas forma və üsulları” mövzusunda elmi məruzə ilə çıxış etdi, pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrindən ibarət vokal qrup tərəfindən Azərbaycan bəstəkarlarının uşaq mahnıları yüksək peşəkarlıq səviyyəsində ifa olundu.
Seminarda mövzu ətarfında aparılan müzakirələrdə pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbələri Nərmin Əlizadə, Səfa Mənəfova, IV kurs tələbəsi Ruqiyyə Babayeva, “Musiqi fənləri” kafedrasının müəllimlərindən baş müəllimlər Səidə Həsənova, Leyla Nəbiyeva fəal iştirak etdilər, seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
Seminarın işində fəal iştirak edən tələbələrə məruzəçi müəllim Feride Məmmədova tərəfindən Yeni İl hədiyyələri təqdim olunmuşdur.





