Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Vəfa Oktay qızı Məmmədovanın “Təhsil sistemləri və layihələrin idarə olunması” fənnindən “Məktəbin tədris-tərbiyə işinə rəhbərlik ” mövzusunda İbtidai sinif müəllimliyi ixtisasının 4 cü kurs tələbələri ilə açıq dərsi keçirilmişdir. Dərsdə Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quluyev iştirak edirdi. O, öz növbəsində mövzu ilə bağlı tələbələrlə söhbətlər aparmış, onların suallarını cavablandırmışdır. Müəllimin açıq dərsi tələbələr tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.





