Fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 3 cü kurs tələbələrinin ”Sehirli qış aləmi” adlı əl işlərinin sərgisi təşkil olunub.
Sərgiyə Universitetin rektoru prof.Yusif Yusibov da dəvət olunub. Hörmətli prof.Yusif Yusibov tələbələrin 100-ə yaxın əl işi ilə yaxından tanış olub. Əl işlərinin üslub xüsusiyyətləri və işləmə texnikaları haqqında qrup nümayəndələri Silduz Hüseynova, Sevda Novruzova, Sürəyya Tağıyeva, eləcə də aktiv tələbələrdən Selcan Hüseynova rektora ətraflı məlumat veriblər.
Sərginin təşkilatçılarından dekan Z.Hüseynzadə, dekan müavini İ.Haqverdiyev və başqaları böyük zövqlə hazırlanmış əl işlərini yüksək qiymətləndiriblər.
Sərgi iştirakçıların böyük marağına səbəb olub.









