“Məktəb mahnı-xor repertuarı üzərində iş” mövzusunda açıq dərs

19 dekabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi  Feride Məmmədovanın  “Dirijorluq-3” fənnindən “Məktəb mahnı-xor repertuarı üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Aytac Quliyeva ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi.

Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru, “Açıq dərslərə nəzarət komissiyası”nın üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, baş müəllimlər Mehriban Hacıyeva, Leyla Nəbiyeva,  Lalə Rəfibəyli, Sevinc Rüstəmova, müəllimlər Ülviyyə Quliyeva, Günay Tağıyeva iştirak etdilər.