“MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ
Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 22 oktyabr 2025-ci il tarixində növbəti elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, hər ay kafedrada elmi seminarların keçirilməsi elmin populyarlaşdırılmasına, elmi nəticələrin pedaqoji









