Açıq dərslərin qrafikinə əsasən 20 oktyabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Hacıyevanın “Əsas musiqi aləti-3” fənnindən “Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Həsənova Aytac Rövşən qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, baş müəllimlər s.ü.f.d. Nüşabə Seyfullayeva, Səidə Həsənova, Gültəkin Məhərrəmova, müəllimlər Ülviyyə Quliyeva, Feride Məmmədova iştirak etdilər.

