Açıq dərs – b/m. Könül Bayramova

24.10.2017-ci il tarixdə fakültənin Təhsildə sosial- psixoloji xidmət ixtisasının III kursunda baş müəllim Könül Bayramovanın “Uşaq anatomiyası, fiziologiyası  və  gigiyenası” fənnindən “Dayaq- hərəkət sistemi” mövzusunda açıq dərsi keçirildi. Müəllim mövzunun məzmununu slaydlar üzrə şərh edərək dərsdə öz məqsədinə nail ola bildi. Dərsdə fakültə dos. B. Apoyev, dekan müavini İ.Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov iştirak

Daha ətraflı

Açıq dərs- müəllim Günay Tağıyeva

18.10.2017-ci il tarixdə Musiqi fənləri kafedrasının  müəllimi Günay Tağıyevanın “Əsas musiqi aləti və onun tədrisi metodikası” fənnindən “Qammalar. İri həcmli əsər üzərində iş ” mövzusunda açıq dərsi keçirildi.   Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos. C. İbrahimov, fakültənin Tədrisin təşkil və təlim texnologiyaları üzrə dekan müavini  İ. Haqverdiyev və  kafedranın bir qrup müəllimi -b/m. N. Seyfullayeva, b/m. S. Həsənova,

Daha ətraflı

Spartagiyadanın açılış mərasimi!

Oktyabrın 17-də Gəncə Dövlət Universitetində (GDU) Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Spartakiadanın açılış mərasimi keçirilib. Açılış mərasimində universitetin rektoru, professor Yusif Yusibov, ali-təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və idmançılar iştirak ediblər. İlk olaraq Spartakiadanın iştirakçı komandaları arenaya çıxıblar. Dövlət Himninin səsləndirilməsi ilə Spartakiada açıq elan olunub. Tədbir iştirakçıları tərəfindən Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda

Daha ətraflı

Açıq dərs -b/m. Urfan Cabbarov

17.10.2017-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının baş müəlimi Urfan Cabbarovun “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” ixtisasının III kursunda “Atletika və onun tədrisi metodikası” fənnindən “Atmalar” mövzusunda açıq dərsi keçirildi. Mühazirəni müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim mövzunun mahiyyətini geniş və aydın şərh etdi, beləliklə, məqsədə nail ola bildi.   Açıq dərsdə rektorluğun səlahiyyətli

Daha ətraflı

Açıq dərs- baş müəllim Əsmər Şərifova

13.10.2017-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Əsmər Şərifovanın “Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların əhəmiyyəti” mövzusunda açıq dərsi keçirildi. Dərsi müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim mövzunun mahiyyətini geniş və aydın şərh etdi, beləliklə, məqsədə nail ola bildi. Açıq dərsdə fakültənin Tədrisin təşkil və təlim texnologiyaları üzrə dekan müavini  İ. Haqverdiyev,

Daha ətraflı

Açıq dərs – dos. Tamilla Məmmədova

11.10.2017-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Tamilla Məmmədovanın “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” fənnindən “kortej anlayışı, çoxluqların Dekart hasili və xassələri” mövzusunda açıq dərsi keçirildi. Mühazirəni müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim mövzunun mahiyyətini geniş və aydın şərh etdi, beləliklə, məqsədə nail ola bildi. Açıq dərsdə fakültə dekanı dos.

Daha ətraflı

Beynəlxalq Müəllimlər Günü!

Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə  həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirilib. Tədbiri açan universitetin rektoru, professor Yusif Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tərbirdə fakültənin iki əməkdaşı – Musiqi fənlər kafedrasının baş müəllimi Nüşabə

Daha ətraflı

Təbrik edirik!

5.09.2017-ci il tarixdə Universitet böyük Elmi Şurasında “Təhsilin pedaqogikası və metodikası” kafedrasının kabinə müdiri Həsənova Aynur Fərrux qızına Pedaqogika üzrə fəlsəfə doktoru diplomu təqdim olunmuşdur. Aynur müəlliməni təbrik edirik!

Elmi şura!

19.09.2017-ci il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şura da aşağıdakı məsələlər müzakirə olunmuşdur. 2017-2018-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr- dos. B.F. Apoyev. Müsabiqə üzrə müəllim seçkisi- B/m. İ. Haqverdiyev. Cari məsələ

“GƏNCƏ MARAFONU – 2017”DƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ YÜKSƏK FƏALLIQ GÖSTƏRİB

17.09.2017-ci il tarixdə ” Gəncə Marafonu-2017″ yüksək səviyyədə təşkilatçılıq şəraitində keçirilmişdir. Həmin marafonda Pedaqoji fakültənin professor-müəllim heyəti və 400-dən yuxarı tələbəsi fəal iştirak etmişdir. Fakültənin ibtidai sinif müəllimliyi ixtisasının II kurs tələbəsi Simuzər Hacıyeva qızlar arasında VI yer tutmuşdur. Bu münasibətlə tələbəmizi təbrik edir və ona yeni-yeni nailiyyətlər arzulayırıq!