“Milli musiqi günü”

IMG_4731.JPG

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə 18 sentyabr – dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin anadan olduğu gün – “Milli musiqi günü” kimi ölkəmizdə böyük bayram əhval-ruhiyyəsi ilə hər il qeyd olunur.

Bu əlamətdar bayram günü ilə əlaqədar 18 sentyabr 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında keçirilən tədbirdə fakültə dekanı Z.Hüseynzadə, “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti,  pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbə-gəncləri iştrak etmişlər.

Tədbirdə Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bağlı maraqlı məruzə ilə “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki,  1995-ci il sentyabrın 18-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində söylədiyi nitqində Ulu Öndər demişdir: “Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir.

Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır”.

Tədbirdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Həsənova tərəfindən hazırlanmış, zəngin milli-mənəvi irsimizin təbliğinə xidmət edən slaydlar nümayiş etdirilmiş, Ü.Hacıbəylinin əsərləri, Azərbaycan xalq musiqisi nümunələri kafedranın müəllimləri Şövkət Bayramovanın (fortepiano), Əli Əliyevin (tar), Universitetin tələbə “Ozan” folklor ansamblınn (xormeyster: Leyla Nəbiyeva) ifasında səsləndirilmişdir.