“Heydər Əliyev İli” çərçivəsində fakültənin təcrübəçi-tələbələrinin iştirakı ilə növbəti tədbir

Mayın 12-də Gəncə şəhər İ.Qayıbov adına 1 saylı tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri pedaqoji təcrübə keçdikləri Gəncə şəhər İ.Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri ilə hazırladıqları zəngin məzmunlu konsert proqramı ilə tədbirdə uğurla çıxış etmişlər.

Gəncə Dövlət Universitetində peşəkar mütəxəssislərin hazırlanmasını, Universitetin “Musiqi fənləri” kafedrasının professor-müəllim heyətinin və “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin məktəbdəki fəaliyyətini yüksək qiymətləndirən məktəb müdiriyyəti tərəfindən kafedra müdiri, sənətşünaslıq elmləri doktoru, professor S.Qurbanəliyevaya “Fəxri Fərman” təqdim edilmişdir.