“Ü.HACIBƏYLİ VƏ OPERA” MÖVZUSUNDA USTAD DƏRSİ

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin professor Fərəc Qarayevin sinfi üzrə məzunu (1998), bir çox xarici ölkələrdə ixtisaslaşma keçmiş, tanınmış Azərbaycan  bəstəkarı, musiqişünas, kulturoloq və publisist, beynəlxalq festival və konfransların iştirakçısı, müasir musiqiyə həsr olunmuş konsertlərin və zəngin məzmunlu layihələrin müəllifi və rəhbəri  Elmir Mirzəyevin 19 may tarixində pedaqoji fakültədə  “Ü.Hacıbəyli və opera” mövzusunda “online” formatda ustad dərsi təşkil edilmişdir.

Pedaqoji fakültənin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti və “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin iştirakı ilə keçirilən ustad dərsində mövzu ilə əlaqədar maraqlı faktlar səsləndirilmiş, müvafiq slaydlar nümayiş etdirilmişdir.