21.05.2025 -ci ildə Pedaqoji fakültənin II kurs İbtidai sinif müəllimliyi ixtisasında dosent, filologiya üzrə fəlsəfə doktoru Aytən Arzulla qızı Əhmədova böyük mütəfəkkir Məhsəti xanım Gəncəvinin ev muzeyində ekskursiya dərsi təşkil etmişdir. Muzeydə İbtidai siniflərdə Azərbaycan dili və OTM-3 fənni çərçivəsində “Bədii və elmi-kütləvi mətnlərin oxusu” mövzusu təşkil olunmuşdur.
Əsərlər janr etibarilə müxtəlifdir. İbtidai siniflərdə oxu təlimi zamanı müxtəlif növ mətnlərdə istifadə edilir.1. Bədii . 2. Elmi- kütləvi. Dərsin mövzusuna uyğun olaraq Məhsəti xanımın şeirləri (rübailəri) üzərində oxu təşkil olundu. Şeirlərin oxusu üzərində işin məqsədi təhsilalanların hafizəsini möhkəmləndirmək, nitqini inkişaf etdirmək, dünyagörüşünü artırmaq, onlarda estetik zövq formalaşdırmaq və onların yaradıcılıq qabiliyyəti və müstəqilliyi inkişaf etdirməkdir. Ekskursiya dərsi kollektiv şəkildə təşkil olunmuşdur. Dərs prosesində tələbələr dahi Məhsəti xanım Gəncəvinin yaradıcılığından şeirlər və rübailər söylədilər.





