“Tədris prosesinin təşkili, məqsədi, təlim metodlarının tətbiqi ilə vərdişlərin təhlili və korreksiya bacarıqlarının inkişafında təlim strategiyalarının qurulması” mövzusunda  növbəti təlim

16.05.2025 ci il tarixində Gəncə Dövlət Universiteti PHŞ-in Təhsilin pedaqogikası və metodikasi kafedrasında “Tədris prosesinin təşkili, məqsədi, təlim metodlarının tətbiqi ilə vərdişlərin təhlili və korreksiya bacarıqlarının inkişafında təlim strategiyalarının qurulması” mövzusunda  növbəti təlim həyata kecirildi.

Dos.G. Kazimova təlimin məqsədini açıqlayaraq qeyd etdi ki, bu telim ali təhsil müəssisələrində tədris prosesinin səmərəli təşkili, təlimin məqsədyönlü planlaşdırılması və müasir pedaqoji metodların tətbiqi istiqamətində iştirakçılara nəzəri və praktik biliklər qazandırmağı hədəfləyir. Təlimdə tədris vərdişlərinin təhlili, öyrənmə çətinliklərinin müəyyən olunması və korreksiya bacarıqlarının inkişafı üçün effektiv strategiyaların qurulması mövzularına xüsusi diqqət yetirilir. İştirakçılar fərdi yanaşma, differensiallaşdırma və interaktiv təlim metodlarından istifadə yollarını öyrənir, real tədris situasiyalarında tətbiq imkanlarını təhlil edirlər.