Category Archives: dərslər

“Kimyəvi silah və onun xarakteristikası. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərs keçirildi

05.04.2022-ci il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə ixtisasının I kursunda b/m İradə Əsgərovanın “Kimyəvi silah və onun xarakteristikası. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərsi (seminar məşğələsi) keçirildi. Müəllimə dərsdə slayddan və əyani vasitələrdən istifadə etdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, kafedra müdiri dos.N.Nəbiyev, b/m F.Hüseynov, b/m İ.İbrahimova iştrak etdilər.

SOS uşaq kəndində pedaqoji təcrübə davam edir

GDU-nun Pedaqoji fakültəsini TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri SOS uşaq kəndində pedaqoji təcrübələrini davam etdirirlər. SOS uşaq kəndinin psixoloqu Arzu Quliyeva təcrubəçi tələbələrə psixoloji işlərin gedişatı haqqında məlumat verdi. Tədbirdə Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova,təcrübə rəhbərləri b/m L.Həsənova. b/m P.Məmmədova iştrak etdilər.

“İdman üzgüçülüyü” mövzusunda açıq dərs keçirildi

01 aprel 2022-ci il tarixində Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Məmmədova Amalya Məmmədağa qızının Məşkçilik ixtisasının I kursunda Uzgüçülük fənninin “İdman üzgüçülüyü” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə universitetin tədris işləri üzrə prorektoru prof. Şahin Xurşudov, Pedaqoji fakültənin dekanı dos. Bayram Apoyev, B/t və idman kafedrasının müdiri b/m Ş.Qazaxova, Fiziki tərbiyə

Daha ətraflı

“Diqqət və hafizənin psixologiyası” movzusunda açıq dərs keçirildi

29 mart 2022-ci ildə Psixologiya kafedrasının baş müəllimi Arzu Bağırzadənin İbtidai sinif müəllimliyi ixtisasının I kursunda Psixologiya fənnindən “Diqqət və hafizənin psixologiysı” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, dos. Z.Nəsrullayeva, b/m P.Məmmədova, b/m.S.Şahverdiyeva və müəl. M.Rəhimova iştrak etdilər.

Monitorinq keçirildi

17 mart 2022-ci il tarixində Pedaqoji fakültədə dos.A.Quliyevin rəhbərliyi ilə monitorinq üzvləri fakültədə cədvəl üzrə keçirilən dərslərdə iştirak etdilər. Nəticə fakültədə müzakirə olundu və monitorinq üzvləri tərəfindən müvafiq tövsiyələr verildi.

“Qammalar. İnvensiya və etüd (not mətni üzərində iş) mövzusunda açıq dərs

01 mart 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti (fortepiano)-2” fənnindən “Qammalar. İnvensiya və etüd (not mətni üzərində iş) mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Pənahova Türkan Elmir qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Qammalar. Sonatanın II, III hissələri və pyeslər (not mətni üzərində iş)” mövzusunda açıq dərs dinlənilmişdir

24 fevral 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Elbrus qızı Quliyevanın “Əsas musiqi aləti (fortepiano)-4” fənnindən “Qammalar. Sonatanın II, III hissələri və pyeslər (not mətni üzərində iş)” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Qurbanova Məryəm Şirzad qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

«Tərbiyənin formaları» mövzusunda açıq dərs keçirildi

01 dekabr 2021-ci il tarixdə Pedaqoji fakültənin  «Təhsilin pedaqogikası və metodikası» kafedrasının müəllimi  Məmmədova Vəfa Oktay qızının «Ibtidai sinif müəllimliyi» ixtisasının I kursunda Pedaqogika fənnindən «Tərbiyənin  formaları» mövzusunda açıq dərsi keçirildi. O, dərsə başlamamışdan əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək torpaqlarəmızı 30 illik erməni işğalından qanları ilə suvarıb, canları bahasına azad

Daha ətraflı

“Sonata və pyeslər üzərində iş” mövzusunda açıq dərs keçirildi

2021/2022-сi tədris ilində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında açıq dərslər 13.09.2021-ci il tarixli kafedra iclasında təsdiq edilmiş (pr.№ 1) qrafik əsasında dinlənilir. 26 noyabr 2021-ci il tarixində kafedranın baş müəllimi Mehriban Hacıyevanın “Əsas musiqi aləti-3 (fortepiano)” fənindən “Sonata və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Qarayeva Ülviyyə

Daha ətraflı