2021/2022-сi tədris ilində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında açıq dərslər 13.09.2021-ci il tarixli kafedra iclasında təsdiq edilmiş (pr.№ 1) qrafik əsasında dinlənilir.
26 noyabr 2021-ci il tarixində kafedranın baş müəllimi Mehriban Hacıyevanın “Əsas musiqi aləti-3 (fortepiano)” fənindən “Sonata və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Qarayeva Ülviyyə ilə fərdi məşğələ şəklində açıq dərsi keçirilmişdir.