01 dekabr 2021-ci il tarixdə Pedaqoji fakültənin «Təhsilin pedaqogikası və metodikası» kafedrasının müəllimi Məmmədova Vəfa Oktay qızının «Ibtidai sinif müəllimliyi» ixtisasının I kursunda Pedaqogika fənnindən «Tərbiyənin formaları» mövzusunda açıq dərsi keçirildi.
O, dərsə başlamamışdan əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək torpaqlarəmızı 30 illik erməni işğalından qanları ilə suvarıb, canları bahasına azad edən, bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla bir dəqiqəlik sükutla yad etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə tezliklə şəfa dilədi.
Vəfa müəllimə bildirdi ki, məlum olduğu kimi 27 sentyabr 2020-ci il tarixdə ermənistanın Azərbaycan respublikasına qarşı elan olunmamış müharibəsi başlandi. Ali baş komandanın orduya müharibə əmri verməsi ilə 10 minlərlə könüllü gənclər silaha sarılaraq cəbhə bölgəsinə vətənin müdafiəsinə yollandılar. 44 günlük ölüm-dirim mübarizəsindən sonra səkkiz noyabr 2020-ci ildə müharibə ordumuzun qələbəsi ilə başa çataraq zəfər günü qeyd edildi.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusifovun rəhbərliyi ilə şəhidlərimizin daima xatirələrini uca tutmaq üçün müntəzəm silsilə təbbirlərin həyata keçirilməsində, universitetin beş tədris binasında şəhidlərimizi xatırladacaq stendlər tərtib edilmişdir. Mühazirə və seminar məşğələlərində, cəmiyyətimizdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız haqqında məlumat vermək, xatirələrini yaşatmaq biz müəllimlərin və eyni zamanda sizlərin qarşınızda duran vətəndaşlıq borcu olduğunu unutmamalıyıq.
Foyedə şəkilləri vurulan şəhidlik zirvəsinə ucalmiş 16 nəfər bizim doğma universitetimizin məzunu olmuş və bir neçəsi şəhid müəllimdirlər. Yüksəl Əlizadənin anasi Sevda müəllimə, Elşən Abdullayevin atasi Sabir müəllim şəhid valideyni olmaqla universitetimizin müəllimləridirlər. Universitet, Pedaqoji fakültə dekanı və Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri başda olmaqla professor-müəllim heyyəti də bu tədbirlərin fəal iştirakçılarıdırlar. Həmçinin bildirdi ki, kollektivləri qaziləri də unutmur. Qruplarında təhsil alan Baharın atasi 44 gün davam edən II Qarabağ müharibəsinin qazisi İsmayılov Zamandar Müstəcəb oğludur. O, Qarabağ döyüşündə iştirak edib yaralanmış, prezidentimiz Ilham Əliyevin sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” və “Cəsur döyüşçü” medallari ilə təltif edilmişdir.
Hər dərsdə olduğu kimi dərsin sonunda seminar məşğələsinə də hazırlaşarkən mövzuya uyğun olaraq ev tapşırığı ilə yanaşı dünya xalqlarının, əsasən də Azərbaycan xalqının, eləcə də adlı-sanlı adamlarının, elm və mədəniyyətimizin nümayəndələrinin, yazıçı və şairlərinin ağıl, əmək, gözəllik, fiziki tərbiyə, əxlaq haqqında olduqca dəyərli, bu günümüz üçün çox əhəmiyyətli fikirlərindən nümunələr söyləməyi tapşırdı. Həmin fikirlər atalar sözləri, zərb məsəllər, bayatılar, tapmacalar, nağıllar, rəvayətlər, şerlər, hekayələr və s. formasında ifadə oluna bilər. Hər birimizə məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2021-ci ildə imzaladığı fərmana əsasən bu ili dünya şöhrətli dahi mütəfəkkirin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi İli” elan etmişdir. Odur ki, Nizami Gəncəvinin poemasından nümunələrə yeri gəldikcə daha çox üstünlük verməlidir.