“Qammalar. İnvensiya və etüd (not mətni üzərində iş) mövzusunda açıq dərs

01 mart 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti (fortepiano)-2” fənnindən “Qammalar. İnvensiya və etüd (not mətni üzərində iş) mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Pənahova Türkan Elmir qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Qammalar. Sonatanın II, III hissələri və pyeslər (not mətni üzərində iş)” mövzusunda açıq dərs dinlənilmişdir

24 fevral 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Elbrus qızı Quliyevanın “Əsas musiqi aləti (fortepiano)-4” fənnindən “Qammalar. Sonatanın II, III hissələri və pyeslər (not mətni üzərində iş)” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Qurbanova Məryəm Şirzad qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

XOCALI SOYQIRIMI

22.02.2022-ci ildə GDU-nun Pedaqoji fakültəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə fakültə Humanitar məsələlər üzrə prorektor G.Fətəliyeva və Psixologiya kafedrasının müdiri dos Z.Cavadova çıxış etdikdən sonra söz fakültə tələbələrinə verilmişdir. Tələbələr Xocalı souqırımına, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər söyləmiş, maraqlı çıxışlar etmişlər.

“Bullinqə yox deyək” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirildi

GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri M.Füzuli adına 22 saylı orta məktəbdə pedaqoji təcrübə keçirlər. 22.02.2022-ci il tarixində məktəb psixoloqu C.Tağıyevin təşkilatcılığı və təcrübəçi tələbələrin iştrakı ilə “Bullinqə yox deyək” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru A.Kərimov, direktor müavini N.Şükürova, pedaqoji təcrübə rəhbərləri b/m P.Məmmədova, b/m L.Həsənova, müəllim-şagird kollektivi

Daha ətraflı

Elmi şura

11.02.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  Dövlət imtahanına düşən fənlərin təsdiqi – b/m İ.Haqverdiyev Müsabiqə üzrə müəllim seçkisi. Cari məsələ.

ELMİ ŞURA

04.02.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  Fakültə Elmi Şurasının 2021/2022-ci tədris ilinin II yarsı üçün iş planının təsdiqi – Elmi katib. Fakültənin ixtisas auditoriyasına şəhid məzunlar: E.Abdullayevin və N.Atayevin adlarının verilməsi haqqında. Müsabiqə üzrə müəllim seçkisi – b/m İ.Haqverdiyev Cari məsələ.

2 FEVRAL -GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, bu istiqamətdə Gəncə Dövlət Universitetində görülən işləri toplantı iştirakçılarının

Daha ətraflı

20 Yanvar faciəsi

20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən

Daha ətraflı

Qanlı yanvar

15.01.2022-ci il tarixində Pedaqoji fakültədə “20 yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə fakültə dekanı Bayram Apoyev açdı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sonra söz Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevaya verildi. Daha sonra fakültə tələbələri Vətənə, şəhidlərimizə həsr olunan şeirləri

Daha ətraflı

13.01.2022-ci il tarixində payız imtahan sessiyasına start verildi

Hər il olduğu kimi bu il də Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində  payız imtahanları uğurla başlanıldı. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il payız imtanlarında bir sıra yeniliklər edilmişdir ki, bu da həm tələbələrin işini asanlaşdırmış, həm də imtahanların mütəşəkkil keçirilməsinə şərait yaratmışdır.  İmtahanlar səffaf şəkildə keçirilir.