Category Archives: dərslər

30 №-li tam orta məktəbdə Pedaqoji təcrübə

Fiziki tərbiyə ixtisasının təcrübəçi tələbələri 30 №-li məktəbin aşağı siniflərində, siniflər arasında “Şən startlar” yarışını təşkil etmişlər. Rəhbər müəllimlər R.Rəhimov, E.Həsənov, M.Məmmədova təcrübədə tələbələrə yaxından köməklik edirlər.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müasir musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər” mövzusunda tələbələrin elmi-metodiki respublika konfransında “Musiqi müəllimliyi” ixtisası üzrə beş nəfər tələbə elmi məruzələrlə “online” çıxış etmişlər

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müasir musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər” mövzusunda tələbələrin elmi-metodiki respublika konfransında Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə beş nəfər tələbəsi Tələbə Elmi Cəmiyyətinin xətti ilə hazırladıqları elmi məruzələrlə “online” çıxış etmişlər. Konfrans 30 mart 2023-cü il tarixində  Üzeyir Hacıbəyli

Daha ətraflı

“Eşitmə sistemində qüsur olan uşaqlar (Surdopsixologiya)” mövzusunda açıq dərs keçirildi

30.03.2023-c ü il tarixdə Psixologiya kafedrasının b/m A.Babayevanın Psixologiya III kursunda “Defektologiya və loqopediyanın əsasları” fənnindən “Eşitmə sistemində qüsur olan uşaqlar (Surdopsixologiya)” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos.Z.hüseynzadə, dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Z.Cavadova, b/m L.Həsənova, b/lab.A.Mirzəyeva və lab. Y.Abbasova iştrak etmişdilər.

“Məktəb repertuarından musiqi dinləmə bölməsindən əsərlərin öyrənilməsi (3-cü sinif proqramından)” mövzusunda açıq dərs dinlənilmişdir

17 mart 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının  baş müəllimi Rəşidə Hamlet qızı Məmmədovanın “Musiqi dinlənilməsi üzrə məktəb repertuarı” fənnindən “Məktəb repertuarından musiqi dinləmə bölməsindən əsərlərin öyrənilməsi (3-cü sinif proqramından)” mövzusunda  “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs  tələbəsi Aynurə Elman qızı Aydınova ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir.