Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müasir musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər” mövzusunda tələbələrin elmi-metodiki respublika konfransında “Musiqi müəllimliyi” ixtisası üzrə beş nəfər tələbə elmi məruzələrlə “online” çıxış etmişlər

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müasir musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər” mövzusunda tələbələrin elmi-metodiki respublika konfransında Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə beş nəfər tələbəsi Tələbə Elmi Cəmiyyətinin xətti ilə hazırladıqları elmi məruzələrlə “online” çıxış etmişlər.

Konfrans 30 mart 2023-cü il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilmişdir.